Aytən Əsgərova və Gülçin Babayevadan, Gəncə, Azərbaycan
14 oktyabr 2025, 15:22
Möhtərəm cənab Prezident,
Gəncə şəhər stadionunun yenidən inşa olunması bütün idman ictimaiyyətini, xüsusilə də nəbzi futbolla döyünən vətəndaşları ürəkdən sevindirdi. Məlum olduğu kimi, Gəncə ölkəmizin əsas futbol şəhərlərindən biri hesab olunur. Əvvəlki stadion öz istismar müddətini bitirdiyindən və oyunlar üçün yaramadığından bizim doğma “Kəpəz” komandası ev oyunlarını başqa şəhər və rayonlarda keçirmək məcburiyyətində idi. Beləliklə, bizim şəhərin futbol azarkeşləri, xüsusilə də yeniyetmə və gənclər öz komandalarının oyunlarını stadiondan izləmək imkanından məhrum olmuşdular. Yeni stadion onların bu həsrətinə tezliklə son qoyacaqdır.
Əziz Prezidentimiz, Sizin apardığınız praqmatik siyasət xalqımıza davamlı uğurlar gətirir. Sizin şəhərimizə olan diqqətiniz və tükənməz qayğınızın da nəticələri göz qabağındadır. Nizami yurdu olan qədim Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qədim şəhərimizdə olan tarixi abidələrin qorunması, bərpa edilməsi, küçə və prospektlərin asfaltlanması istiqamətində atdığınız addımlar və digər işlər də biz gəncəlilər tərəfindən çox yüksək qiymətləndirilir.
Sizi daim dəstəkləyir, doğma Azərbaycanımızın inkişafı naminə apardığınız möhtəşəm işlərdə Sizə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Aytən Əsgərova,
Gülçin Babayeva
Azərbaycan Respublikası, Gəncə şəhəri.