Əhəd İmanovdan, Cəlilabad, Azərbaycan
13 oktyabr 2025, 17:30
Çox hörmətli cənab Prezident,
Ölkəmizdə görülən böyük quruculuq işlərinə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Azərbaycanın inkişafı və tərəqqisi, əhalinin rifahının yüksəldilməsi, güzəranının yaxşılaşdırılması üçün görülən mühüm işlər ürəkaçandır. Bölgələrə göstərdiyiniz xüsusi diqqət və qayğınız nəticəsində, hər bir şəhər və rayonumuz kimi, Cəlilabad da son illərdə böyük inkişaf yolu keçmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə görülən böyük işlər də qürurvericidir.
Cənab Prezident, yürütdüyünüz uğurlu daxili və xarici siyasəti dəstəkləyir, ailəm adından hər zaman Sizin yanınızda olduğumuzu bildirirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Əhəd İmanov
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.