logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cəmilə Ələkbərova və başqalarından, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

14 oktyabr 2025, 18:00

Möhtərəm cənab Prezident,

Biz, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin anaları olaraq, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Sizin rəhbərliyiniz altında ölkəmizdə şəhid ailələrinə, qazilərimizə və ümümilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğı bizə bir daha göstərir ki, övladlarımızın qanı yerdə qalmayıb. Onların müqəddəs xatirəsi hər zaman uca tutulur. Xüsusilə qeyd etmək istəyirik ki, yaşadığımız rayonda aparılan abadlıq və quruculuq işləri, şəhid ailələrinə göstərilən dəstək, mənəvi dayaq və qayğı bizi məmnun edir.

Cənab Prezident, bütün bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı diləyirik. Ölkəmizə isə davamlı sülh və inkişaf arzulayırıq.

Hörmətlə,

Şəhid anaları:

Ələkbərova Cəmilə İdris qızı,

Mirzəliyeva Aynurə Şükür qızı,

Zeynalova Zenfira Bəybala qızı,

Dəmirova Nüşabə Telman qızı

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi