Qənbər Ağayev və başqalarından, Ağcabədi, Azərbaycan
10 oktyabr 2025, 12:50
Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan!
Sizin komandanlığınız sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək 30 ildən artıq işğal altında olmuş Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etmişdir. Siz bu xidmətlərinizə görə Azərbaycan xalqının Milli Qəhrəmanısınız. Siz ölkəmizin tarixində yeganə rəhbərsiniz ki, tarix yazaraq Azərbaycanın ərazi bütövlüyüni bərpa etdiniz. Bütün Azərbaycan xalqı kimi biz də Sizinlə fəxr edirik, qürur duyuruq. Tanrı Sizi qorusun.
Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan!
Sizin uğurlu, uzaqgörən, məqsədyönlü xarici və daxili siyasətinizin nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətlərinin sırasında xüsusi yer tutmuşdur və onlarla uğurla dostluq və əməkdaşlıq edir. Ölkəmiz gündən-günə çiçəklənir, inkişaf edir, insanların həyat səviyyəsi daha da yüksəlir.
Biz, Ağcabədi rayonunun Şənlik kəndinin camaatı adından Sizə təşəkkür edirik. Sizinlə fəxr edir, qürur duyuruq.
Hörmətlə,
Qənbər Ağayev,
Xəqani Abdullayev,
Qurban Həsənov,
Müşfiq Səfərov,
Şahmar Quliyev,
Elçin Xəlilov və başqaları (43 nəfər).
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şənlik kəndi.