logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əsmər Zeynalovadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

08 oktyabr 2025, 12:30

Hörmətli cənab Prezident.

Gəncə şəhər stadionunun yenidən inşa olunması bizi çox sevindirdi. Ümumiyyətlə, bu il Gəncə üçün çox əlamətdar bir ildir. Gəncə şəhərinin 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilməsi və burada III MDB Oyunlarının keçirilməsi, yeni stadionun açılışı və digər işlər bunu şərtləndirir.

Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Gəncədə də abadlıq-quruculuq işləri davamlı xarakter alıb. Şəhərimizin siması ildən-ilə daha da gözəlləşir. Gəncə şəhərində geniş miqyasda təmir-bərpa və abadlıq işləri aparılır, prospekt və küçələr əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar şəhər sakinlərinin rahatlığına və firavan həyatına xidmət edir.

Cənab Prezident, Gəncə şəhərinin inkişafına və müasirləşməsinə ayırdığınız diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ulu Tanrı hər zaman Sizə dayaq olsun!

Hörmətlə,

Əsmər Zeynalova

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi