logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

04 oktyabr 2025, 11:43

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2025-ci il avqustun 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2025-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi