03 oktyabr 2025, 16:19

Şəhid ailəsinin üzvündən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Şəhid ailələrinin həyatında baş verən hər bir müsbət dəyişiklik, hər bir insani münasibət bizim üçün sadəcə dəstək deyil, həm də böyük bir təsəlli və ruh yüksəkliyidir. Vətən uğrunda övladlarını itirmiş ailələr üçün dövlətimizin, xüsusən də Sizin kimi qayğıkeş rəhbərin diqqəti ölçüyəgəlməz bir dəyərdir.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim ailəyə daim həssaslıqla yanaşılmış, şəhid qardaşımın ailəsinə maddi və mənəvi dəstək göstərmişdir. Sizin qayğınız nəticəsində şəhidlərimizin xatirəsi uca tutulmuşdur. Bu, şəhidlərə və onların ailəsinə verilən böyük hörmətin və dəyərin bariz nümunəsidir.

Cənab Prezident, Sizin şəhid ailələrinə göstərdiyiniz yüksək diqqət və qayğı bizdə böyük qürur doğurur. Bu münasibət dövlətimizin şəhidlərə və onların ailələrinə hər zaman sahib çıxdığının ən aydın göstəricisidir.

Biz əminik ki, Sizin rəhbərliyinizlə xalq və dövlət birliyi daha da möhkəmlənəcək, şəhidlərimizin müqəddəs xatirəsi daim uca tutulacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirik.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə və minnətdarlıqla,

Şəhid ailəsi adından,

Şahbaz Yaqubov

Azərbaycan Respublikası, Bakı şəhəri.