Gəncə Dövlət Universitetinin əməkdaşlarından, Gəncə, Azərbaycan
03 oktyabr 2025, 18:40
Hörmətli cənab Prezident,
Sizi dərin hörmət və ehtiramla salamlayırıq. Sizin sərəncamlarınız və tapşırıqlarınız əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də son illər ərzində böyük abadlıq-quruculuq işləri görülmüşdür. Bu işlər doğma şəhərimizin simasını daha da gözəlləşdirmiş, şəhər əhalisinin rifah halının yüksəlməsinə töhfə vermişdir. Yolların asfalt örtüklərinin yenilənməsi, sərnişin avtobuslarının yeniləri ilə əvəz edilməsi şəhər sakinləri tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.
Cənab Prezident, Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı inkişaf strategiyası nəticəsində şəhərimiz qədim tarixini və müasir ruhunu bir arada yaşadan şəhərə çevrilmişdir. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Abadlıq işlərinin gələcəkdə də davam etdiriləcəyinə inanırıq. Sizə cansağlığı və işlərinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Muğan Quliyev, Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin dekanı,
Aynur Məmmədova, Kimya kafedrasının müdiri,
Mərdan Məmmədov, Təsviri incəsənət kafedrasının müdiri,
Yahya Namazov, Fizika kafedrasının müdiri,
Mətanət Tağıyeva, Fizika və texniki fənlər fakültəsinin dekan müavini,
Rəna Mehtiyeva, Fizika və texniki fənlər fakültəsinin tyutoru,
Azərbaycan Respublikası, Gəncə şəhəri.