logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Emin Yaqubov və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

03 oktyabr 2025, 15:32

Möhtərəm cənab Prezident,

Sizin Gəncə və gəncəlilərə göstərdiyiniz böyük diqqət və qayğı qədim Nizami yurdunun günü-gündən abadlaşmasına, inkişafına və çiçəklənməsinə bir təkan vermişdir. Bu gün Gəncənin infrastrukturunun yaxşılaşdırılması, insanların rahatlığı və firavanlığı naminə görülən işlər göz oxşayır. İctimai nəqliyyat sisteminin yenilənməsi, küçələrin müasir üslubda işıqlandırılması, yol infrastrukturunun yenidən təşkil olunması, kommunikasiyaların müasir standartla səviyyəsində qurulması və digər işlər Gəncənin turizm potensialının güclənməsinə, mötəbər tədbirlərin keçirilməsi və qonaqların qəbul edilməsi üçün hazır olmasına, burada yaşayan insanların rifahının yüksəlməsinə səbəb olmuşdur.

Bu günlərdə Gəncədə keçirilən beynəlxalq idman yarışları, Sizin şəxsən III MDB Oyunlarının açılşındakı iştirakınız bir Azərbaycan vətəndaşı, Gəncə sakini olaraq bizə böyük qürur və ilham bəxş etmişdir.

Əziz Prezidentimiz, bütün bu işlərin həyata keçirilməsinə bilavasitə diqqətinizə və göstərişlərinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, yorulmaz və fədakar fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Emin Yaqubov,

Yadigar Əliyev,

Nərman Zeynallı,

Səbuhi Ramazanov,

Telman Quliyev,

Afəddin Həmidov

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi