Təranə Behbudova və başqalarından, Gəncə, Azərbaycan
02 oktyabr 2025, 17:30
Möhtərəm cənab Prezident,
Bu gün Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri göz oxşayır. Gəncə öz tarixi simasını qoruyaraq müasir görkəm almışdır. Hər birimizin həyatına gözəllik, rahatlıq, fərəh gəlmişdir. İctimai nəqliyyat xidmətinin yenilənməsi də əhalinin rahatlığına xidmət edir.
Bu işlərin içərisində Gəncə şəhər stadionunun yenidən inşa olunması özünəməxsus yer tutur. Yeni stadion bütün idmansevərləri çox sevindirdi. III MDB Oyunlarının açılışı isə şəhərimizin potensialını və gözəlliyini bir daha əyani göstərmiş oldu.
Əziz Prezidentimiz, bütün bunlara görə Gəncə şəhər sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Təranə Behbudova,
Natiqə Aslanova,
Günay Həsənova,
Səbinə Məmmədova
Azərbaycan Respublikası, Gəncə şəhəri.