Etibar Musayev və başqalarından, Gəncə, Azərbaycan
02 oktyabr 2025, 12:38
Hörmətli cənab Prezident,
Biz Gəncə şəhər sakinləri bu günlərdə özümüzü çox xoşbəxt hiss edirik. Şəhərimizdə hazırda bayram əhval-ruhiyəsi vardır.
Həm III MDB Oyunlarının keçrilməsi, həm quruculuq işləri, həm də sosial-iqtisadi yüksəliş hər bir Gəncə sakini kimi, bizim də ürəyimizdəndir. İnanırıq ki, belə möhtəşəm işlər və tədbirlər gələcəkdə də uğurlar davam etdiriləcəkdir. Hər birimiz Sizinləyik.
Əziz Prezidentimiz, Gəncə şəhərində III MDB Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və şəhərimizdə həyata keçirilən möhtəşəm quruculuq işlərinə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Etibar Musayev,
Elvin Atakişiyev,
Elnarə Abdullayeva
Azərbaycan Respublikası, Gəncə şəhəri.