logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam Seyidovdan, Xaçmaz, Azərbaycan

Text size icon-size icon-size

01 oktyabr 2025, 18:30

Möhtərəm cənab Prezident!

Bir müəllim kimi daim Sizin kimi vətənpərvər, qətiyyətli, xalqını sevən, sosial ədalət prinsipinə sadiq bir rəhbərlə qürur duyduğumu bildirirəm.

Hələ məktəbli olduğum zamanlarda ümummilli lider Heydər Əliyevi dinləyərkən sonsuz fərəh hissləri keçirirdim. Bu gün isə Sizi dinləyərkən fərəhlənirəm.

Sizin regionda və onun hüdudlarından kənarda strateji geopolitik münasibətləri tənzimləyən qərarları qəbul etmə bacarığınız, dünya siyasi arenasında peşəkar siyasətçi kimi çıxışlarınız yer kürəsinin yaşadığı narahat günlərdə bizə inam və ümid hissləri aşılayır.

Əminəm ki, mənimlə bərabər ölkəmizin hər bir vətəndaşı Sizinlə qürur duyur, Sizə inanır və qoyduğunuz hədəflərə çatmaq üçün ardınızla addımlamağa hazırdır.

Sizin fəaliyyətiniz əsrlər boyu öyrəniləcək tarix olmaqla yanaşı xalqımızın və dövlətimizin qazandığı nailiyyətdir.

Ziyalı, dünyagörmüş insanlarla ünsiyyətdə xalqımızın hər bir üzvünün Sizin Azərbaycanın rifahı naminə gördüyünüz işlərə dəyər verdiyini, qürurlandığını görürəm.

Birinci Qarabağ müharibəsinin veteranı kimi Vətənimizin şərəfini qorumaq üçün hər zaman hər bir əmrinizə hazır olduğumu bildirirəm. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə söylədiyi, hamımızın yaddaşına həkk olunduğu "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün Sizin sayənizdə reallaşıb.

Uca Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Seyidov İslam Mövlud oğlu

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Müzəffəroba kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi