Fərid Mustafayevdən, Bakı, Azərbaycan
26 sentyabr 2025, 16:00
Hörmətli cənab Prezident,
Sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyiniz çıxışla Azərbaycan həqiqətlərini dünyaya çatdırmağınız bizə qürur verir. Dövlətimizin maraqlarını daim yüksək tribunalarda müdafiə etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Siz Azərbaycan xalqının güc və qürur rəmzisiniz. Sizin qətiyyətli liderliyiniz ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu gün Azərbaycan dünyanın nəhəng və qüdrətli dövlətləri üçün həm etibarlı tərəfdaş, həm də sadiq dostdur.
Tanrı Sizi Vətən naminə gördüyünüz işlərdə daim uca tutsun və qorusun.
Hörmətlə,
Fərid Mustafayev,
elmi işçi
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.