İlqar Misirzadə, Bakı, Azərbaycan
23 sentyabr 2025, 13:10
Cənab Prezident!
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Sizə “Böyük Lider!” deyərək müraciət etməsi heç də təsadüfi deyildir. Sizin ABŞ-yə tarixi səfərinizi dünyanın bütün siyasi güc mərkəzləri diqqətlə izləyirdi. Bu, İlham Əliyev diplomatiyasının qələbəsidir. Bu səfərin 2025-ci ildə, “Konstitusiya və Suverenlik ili” elan etdiyiniz bir ildə baş verməsi heç də təsadüfi deyildir. Sizin dünyada baş verən siyasi hadisələrin konturlarını öncədən nəzərə alaraq dünyanın siyasi xəritəsində baş verən çatlarda Azərbaycan dövlətinin suverenliyini və təhlükəsizliyini bir daha bəyan etməyiniz xalqımızı qürurlandırdı. Siz dünənki ümidlərimizi bügünkü reallıqlara çevirmisiniz. Sizin və Mehriban xanım Əliyevanın Kəlbəcər rayonuna tarixi səfəriniz zamanı Kəlbəcər şəhər sakinləri ilə səmimi görüşünüz və onlara yeni mənzillərin açarlarını təqdim etməyiniz məni bir Azərbaycan vətəndaşı, bir kəlbəcərli kimi çox qürurlandırdı və Sizə təşəkkürümü bildirməyi özümə mənəvi borc bildim.
Cənab İlham Əliyev,
Siz dünyanın dahi siyasi xadimlərindən biri - xalqımızın Ümummilli Lideri, türk dünyasının böyük oğlu Heydər Əliyevin arzularını reallaşdırdınız. Sülh sazişinin paraflanması dünyanın siyasi güc mərkəzlərinin Cənubi Qafqazdakı təsir imkanlarını neytrallaşdırdı. Bu siyasi addım Sizin dünyada sülhü dəstəkləyən lider olduğunuzun tam təsdiqidir. Dünyanın ən nəhəng iqtisadi layihəsi olan, Qərb və Şərqi birləşdirən Zəngəzur dəhlizinin reallığa çevrilməsi də Sizin zəkanızın göstəricisidir.
Siz bu addımı atmaqla türkdilli xalqları bütövləşdirirsiniz. Bu, xalqlarımızın birliyinin, müdrikliyinin göstəricisidir. Bu münasibətlə Sizi bir daha təbrik edirəm və gələcək uğurlarımızın sevincini yaşamağı arzu edirəm.
Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun!
Dərin hörmət və ehtiramla,
Misirzadə İlqar Vəliyəddin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.