Yusif Hüseynovdan, Masallı, Azərbaycan
19 sentyabr 2025, 17:01
Möhtərəm cənab Prezident,
Sentyabrın 20-si ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Bu inama əsas verən, dövlətimizin qətiyyətli və münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyinin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. Tarixi zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu mühüm addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
Şəhid ailələrini hər zaman diqqətdə saxlamağınız, onların problemlərinin həlli ilə əlaqədar lazımi tapşırıqlar verməyiniz Sizin nə qədər qayğıkeş və vətənpərvər Prezident olduğunuzu göstərir. Bütün bunlara görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Hörmət və ehtiramla,
Yusif Hüseynov
Azərbaycan Respublikası, Masallı rayonu, Həsənli kəndi.