Samir Cəfərovdan, Bakı, Azərbaycan
18 sentyabr 2025, 17:30
Möhtərəm cənab Prezident,
Mən, Bakı şəhər sakini Cəfərov Samir Rəhim oğlu, bir Azərbaycan vətəndaşı olaraq Sizə təşəkkür etməkdən qürur duyuram. Mənim bu məktubumun məqsədi, dövlətimiz və xalqımız naminə yorulmadan fəaliyyət göstərdiyiniz üçün Sizə səmimi təşəkkürlərimi çatdırmaqdır.
Sizin rəhbərliyinizlə Azərbaycan bu gün regionda güclü dövlətlərdən birinə çevrilmişdir. Siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əldə edilən uğurlar hər bir vətəndaşın gündəlik həyatında öz əksini tapır. Azərbaycan vətəndaşı olaraq, biz dövlətin qayğısını hiss edir, gələcəyə inamla baxırıq.
Ölkədə aparılan islahatların ən mühüm istiqamətlərindən biri də qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsidir. Mənim şəxsi təcrübəmdə də bu aydın şəkildə özünü göstərmişdir. Göndərdiyim ərizələrimə həssaslıqla baxılmış, aidiyyəti üzrə yönləndirilmiş və işlərimə ədalətlə yanaşılmışdır.
Eyni zamanda, hörmətli Mehriban xanımın xalqımız üçün gördüyü xeyirxah işlər – təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilən layihələr hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir göstərir. Bu fəaliyyətlər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır.
Möhtərəm cənab Prezident, Siz və Mehriban xanım Azərbaycan xalqının güvənc yerisiniz. Dövlətimiz üçün gördüyünüz işlər, vətəndaşlara göstərdiyiniz diqqət və qayğı xalqımızın birliyini möhkəmləndirir, dövlətimizin sabahına inamı artırır.
Allah Sizi və Mehriban xanımı qorusun! Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da yüksələcək, hər bir vətəndaş öz dövlətinin qayğısını daim görəcəkdir.
Dərin hörmətlə,
Cəfərov Samir Rəhim oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.