logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hacımirzə Ağamirzəyevdən, Qusar, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2025, 19:10

Hörmətli cənab Prezident.

Mən suveren və dinamik inkişaf edən Azərbaycanın qürurlu və qailb bir vətəndaşı olaraq, Sizin uğurlu daxili və xarici siyasətinizi bəyənir və daim dəstəkləyirəm.

Sizin Azərbaycan Respublikasına rəhbərliyiniz dövründə dövlətimizin əldə etdiyi nailiyyətlər saysız-hesabsızdır. Ərazi bütövlüyümüzün bərpası, xalqın maddi rifah halının yüksəldilməsi, dövlətimizin dünya birliyində artan nüfuzu Sizə təşəkkür bildirməyimə çox tutarlı əsaslardır.

Möhtərəm Prezident, ölkəmizin hər bir guşəsində olduğu kimi, bizim rayonumuzda da müsbət mənada böyük dəyişikliklər hiss olunur, vətəndaşları narahat edən problemlər öz həllini tapır. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Hacımirzə Ağamirzəyev

Azərbaycan Respublikası, Qusar şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi