logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Seymur Muxtarovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2025, 17:00

Müzəffər Ali Baş Komandan,

Sizin məqsədyönlü və çoxşaxəli siyasətiniz nəticəsində Azərbaycan günü-gündən güclənir və qüdrətlənir. Bütün bunlara görə mən Sizə öz dərin minnətdarlığımı çatdırıram.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması bizim üçün böyük qürur və sevinc mənbəyidir. Övladlarımız bu məktəbdə yüksək səviyyədə təhsil alır, gələcəyin hazırlıqlı və ayıq-sayıq sərhədçiləri kimi yetişirlər. Burada övladlarımızın həm dərslərinə, həm də fiziki hazırlığının yüksəldilməsinə ciddi fikir verir, gələcəyin Vətən keşikçilərinə qayğı ilə yanaşırlar.

Bu məktəbin yaradılması və inkişafı üçün zəhməti keçən hər kəsə, ilk növbədə, Sizə bir daha təşəkkür edirəm. Allah Sizə daim möhkəm cansağlığı versin, işlərinizdə uğurlar nəsib etsin.

Hörmətlə,

Seymur Muxtarov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi