logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elmar Xəlilovdan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

16 sentyabr 2025, 18:22

Hörmətli cənab Prezident,

Sizin uzaqgörən siyasətiniz sayəsində ölkəmiz növbəti tarixi uğura imza atdı. Vaşinqtonda, Ağ Evdə Birgə Bəyannamənin imzalanması və qərəzli 907-ci düzəlişin ləğv edilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu sənəd bölgədə davamlı sülhün və əməkdaşlığın möhkəmləndirilməsi yolunda atılmış önəmli addımdır.

Sizin humanist və qətiyyətli liderliyiniz Azərbaycanın siyasi strategiyasını müstəqil şəkildə müəyyən etməsinə və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə verir. Bu nailiyyət ölkəmizin inkişafına yeni mərhələ açacaq, regionda sülhü gücləndirəcək və qonşu dövlətlərlə əlaqələri daha da möhkəmləndirəcək.

Əlbəttə ki, bütün bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu strategiyanın və uzaqgörən siyasətinin nəticəsidir. Onun layiqli davamçısı olaraq, Siz Azərbaycanı regionun lider dövlətinə və dünyanın nüfuzlu ölkələrindən birinə çevirdiniz.

Sumqayıt Dövlət Universitetində Sizin həyata keçirdiyiniz xarici və daxili siyasət ölkəmizin inkişaf strategiyasının əsas prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılır. Müəllifi olduğunuz və rəhbərliyinizlə uğurla tətbiq edilən müasir idarəçilik texnologiyaları Universitetimizdə kompleks şəkildə, dərin elmi əsaslarla öyrənilir. Aparılan elmi araşdırmaların nəticələri təsdiq edir ki, son illərdə dövlətimizin beynəlxalq və regional səviyyədə qazandığı uğurların mərkəzində məhz Sizin müəyyən etdiyiniz strateji inkişaf xəttinə uyğun formalaşdırılan innovativ idarəçilik yanaşmaları dayanır.

Biz əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz altında daha da inkişaf edəcək, onun qüdrəti və dünya səhnəsində nüfuzu daha da artacaq. Sizə yorulmaz fəaliyyətinizdə davamlı qüvvət, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi yolunda uğurlar arzulayırıq. Bu tarixi nailiyyət gələcək nəsillər üçün də ilham mənbəyi olacaqdır.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Xəlilov Elmar Şirinbala oğlu

Sumqayıt Dövlət Universitetinin prorektoru,

tarix elmləri üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi