logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qarabağ müharibəsi veteranından, Astara, Azərbaycan

Text size icon-size icon-size

16 sentyabr 2025, 15:57

Hörmətli cənab Prezident,

Dünyanın indiki bu çətin zəmanəsində Siz Azərbaycanı sanki sabitlik və firavanlıq adasına çevirmisiniz. Xalqımızı bir yumruq kimi birləşdirməyiniz bizə zəfərlər qazandırdı. Bir vətəndaş kimi hesab edirəm ki, bu birliyimizi daim qorumalı və bir-birimizə dəstək olmalıyıq.

Cənab Prezident, mən Qarabağ müharibəsi veteranıyam, Vətənimə bağlı bir insanam. Müharibə əlillərinə və veteranlarına, həmçinin şəhid ailələrinə göstərilən dövlət qayğısı xalqımız tərəfindən yüksək qiymələndirilir. Sizin düzgün siyasətinizi çox bəyənirik.

Ömrünüz uzun olsun, cənab Prezident!

Hörmətlə,

Təvəkkül Babayev,

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi