logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rizvan Rzayevdən, Masallı, Azərbaycan

Text size icon-size icon-size

15 sentyabr 2025, 12:52

Möhtərəm cənab Prezident.

Mən şəhid qardaşıyam, Masallı rayonunun Musaküçə kəndində yaşayıram, müəllim işləyirəm.

Sizin rəhbərliyiniz altında respublikamızın dörd bir yanında olduğu kimi, Masallı rayonunda da görülən işlər bizi çox sevindirir. Əvvəlki Masallı ilə indiki arasında böyük fərq var. Həm rayonumuzun ümumi mənzərəsi dəyişib, həm də əhalinin sosial vəziyyəti və kommunal xidmətlərlə təminatı yaxşılaşıb.

Şəhid ailələrini hər zaman diqqətdə saxlamağınız, onların problemlərinin həlli ilə əlaqədar lazımi tapşırıqlar verməyiniz Sizin nə qədər qayğıkeş və vətənpərvər Prezident olduğunuzu göstərir.

Bütün bunlara görə Sizə öz təşəkkürümüzü bildiririk.

Hörmət və ehtiramla,

Rizvan Rzayev

Azərbaycan Respublikası, Masallı rayonu, Musaküçə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi