Dövlət dəstəyindən yararlanan fermerdən, Sabirabad, Azərbaycan
Text size
12 sentyabr 2025, 14:05
Hörmətli cənab Prezident,
Mən yaşadığım kəndin ərazisində pambıq və taxıl əkib-becərirəm. Hazırda 60 hektar pambıq sahəm var. Dövlətimizin dəstəyi sayəsində ailəmlə birgə həm geniş ərazidə məhsul becərirəm, həm də lizinq yolu ilə lazımi texnika – şum traktoru və kombaynlar götürüb işlədirəm.
Buna görə, biz ilk növbədə, cənab Prezident, Sizə minnətdarıq. Fermerlərə daim diqqət göstərib, əlverişli şərait yaratdığınız üçün Sizə “çox sağ olun!” deyir, ən xoş arzularımızı çatdırırıq.
Allah Sizə uzun ömür versin. Amin!
Hörmətlə,
Amid Fərzəliyev, fermer
Azərbaycan Respublikası, Sabirabad rayonu, Şəhriyar kəndi.