logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fazilə Məmmədovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

11 sentyabr 2025, 19:00

Hörmətli cənab Prezident,

Mən, əslən Zəngəzurdan olan bir Azərbaycan vətəndaşı - Məmmədova Fazilə Qurban qızı, Sizə dərin təşəkkür və sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tarixi ədaləti bərpa edir, əsrlərlə yaşadığı ata-baba torpaqlarına qayıdış ümidi gerçəyə çevrilir. Mən illərdir Zəngəzurun nisgilini içimdə daşıyan bir insan kimi bu tarixi dönüşü həm böyük sevinc, həm də göz yaşları ilə izləyirəm. Həmin yurdun azad olunacağına həmişə inanmışam.

Sizin cəsarətiniz, prinsipial mövqeyiniz, xalqımıza və dövlətimizə olan sarsılmaz sədaqətiniz sayəsində Azərbaycan bu gün həm hərb meydanında, həm diplomatik arenada qalib gəlməkdədir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar xalqımıza yeni ümidlər bəxş edir. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Zəngəzur torpağına gediş təmin olunacaq və doğma yurdlarına qovuşmaq arzusu ilə yaşayan minlərlə insan öz yuvasına dönəcəkdir.

Cənab Prezident, Sizə Allahdan möhkəm can sağlığı, tükənməz güc və xalqımızın rifahı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.

Xalqımızın Sizin kimi bir lideri olduğu üçün özümüzü şanslı sayırıq.

İnşallah, yaxın gələcəkdə Zəngəzurda qurbanlar kəsib dualar etmək bizə nəsib olar.

Ən dərin ehtiramla və minnətdarlıqla,

Məmmədova Fazilə Qurban qızı, əslən zəngəzurlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi