03 sentyabr 2025, 18:02

Tariyel Paşayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Gəncə şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Şəhərimizin küçə və prospektlərinin yenidən qurulması, park və xiyabanların abadlaşdırılması, sosial infrastrukturun yaxşılaşdırılması sakinlərin rahatlığına və rifahına xidmət edir. Sizin rəhbərliyiniz altında görülən bu işlər Gəncənin simasının gözəlləşməsinə, insanların həyat şəraitinin yaxşılaşmasına böyük töhfə verməkdədir.

Biz Gəncə sakinləri olaraq, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Tariyel Paşayev

Azərbaycan Respublikası, Gəncə şəhəri.