Elman Dadaşzadədən, Astara, Azərbaycan
Cənab Prezident,
Sizə ünvanladığımız müraciətə diqqətlə yanaşıldığı üçün, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğıya görə bir vətəndaş və II Qarabağ müharibəsi qazisi olaraq dərin minnətdarlığımı bildirirəm.
Bu illər ərzində Sizdən Ali Baş Komandan qayğısı görmüşəm. Ümumilikdə, şəhid ailələrinə və müharibə əlillərinə bəslənən qayğıkeş və xoş münasibət bizim üçün böyük təsəllidir və qürurvericidir. Vətən yolunda hünər göstərmiş insanlara ehtiram göstərilməsi, onların ruhunun əziz tutulması imandan və vətənpərvərlikdən qaynaqlanır.
Eyni zamanda xüsusi qeyd etmək istəyirəm ki, bizim Ojəkəran kəndində su anbarının tikilməsi və bu ilin iyul ayında kənd camaatının istifadəsinə verilməsi sevincimizə sevinc qatmışdır. Artıq kənd sakinləri su ilə etibarlı şəkildə təmin olunurlar.
Uca Allah Sizi dövlətimizin başındən əskik etməsin. Amin!
Hörmətlə,
Elman Dadaşzadə,
II Qarabağ müharibəsi qazisi
Azərbaycan Respublikası, Astara rayonu, Ojəkəran kəndi.