03 sentyabr 2025, 12:53

Sevda Həsənova və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Qədim Gəncənin sosial-iqtisadi inkişafına, şəhərdə sürətli təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsinə göstərdiyiniz əvəzsiz diqqət və qayğıya görə şəhər sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Gəncənin küçələrinin müasir üslubda işıqlandırılması, su-kanalizasiya sisteminin yenidən qurulması, şəhərdaxili yolların asfaltlaşdırılması və digər işlər biz şəhər sakinlərini çox sevindirir. III MDB Oyunları ərəfəsində şəhərimizdə ümumi əhval-ruhiyyə çox yüksəkdir və bu mötəbər idman yarışının yüksək səviyyədə keçiriləcəyinə inamımız böyükdür.

Cənab Prezident, bir daha Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Sevda Həsənova,

Günay Əliyeva,

Arzu Əliyeva,

Gülşən Məmmədəliyeva,

Azərbaycan Respublikası, Gəncə şəhəri.