02 sentyabr 2025, 17:17

Abdulla Kərimov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz altında ölkəmizin hər yerində genişmiqyaslı təmir-tikinti və abadlıq işlərinin aparılması qürurvericidir. Gəncə də bu işlərdən öz layiqli nəsibini almışdır.

Sizin Gəncə şəhərinə səfərləriniz hər zaman bizi çox sevindirir. Çünki bu səfərlər zamanı yeniliklərin, yerli sakinlərlə xoş və səmimi ünsiyyətin şahidi oluruq. Şəhərimizə göstərmiş olduğunuz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Son illərdə istifadəyə verilən Gəncə İdman Sarayı, Ekoloji Park Kompleksi və hazırda tikintisi yekunlaşmaq üzrə olan Gəncə şəhər stadionu bizim üçün çox əlamətdar işlərdir. Əminik ki, bütün bunlar şəhərimizin daha da gözəlləşməsinə və davamlı inkişafına mühüm töhfələr verəcəkdir.

Hər zaman Sizi dəstəkləyir, Sizə uğurlar diləyirik.

Hörmətlə,

Abdulla Kərimov,

Surxay Hüseynov,

Elçin Xudayarov,

Əliağa Səfərəliyev,

Rövşən Abbasov,

Azərbaycan Respublikası, Gəncə şəhəri.