02 sentyabr 2025, 14:45

Elçin Abdullayevdən, Almaniya Federativ Respublikası

Möhtərəm cənab Prezident, hörmətli Ali Baş Komandan,

2025-ci il avqustun 8-də Vaşinqtonda Sizin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın Baş Naziri Nikol Paşinyanla Birgə Bəyannaməni imzalamağınız həm Azərbaycan, həm də bütün region üçün tarixi hadisədir.

Uzun müddətdir Almaniyada yaşayan, əslən Kəlbəcərdən olan bir azərbaycanlı kimi Sizə xüsusi təşəkkürümü bildirirəm. Bu hadisə Sizin nə qədər uzaqgörən, qətiyyətli siyasi Lider, mahir diplomat olduğunuzu bütün dünyaya bir daha sübut etdi.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Sizin Vətənini sevən, xalqına yüksək diqqət və qayğı göstərən qüdrətli, humanist dövlət başçısı olduğunuzun əyani təsdiqidir. Donald Trampın da qeyd etdiyi kimi, Siz həqiqətən böyük Lidersiniz.

Uca Tanrıdan Sizə möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!

Dərin hörmət və ehtiramla,

Elçin Ələkbər oğlu Abdullayev,

Nəqliyyat infrastrukturu üzrə baş layihə rəhbəri

Almaniya Federativ Respublikası, Pforshaym şəhəri.