logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Eldar Əsədov və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

15 avqust 2025, 18:24

Möhtərəm cənab Prezident,

Otuz il işğal altında olmuş Qarabağımızın Sizin liderliyinizlə azad edilməsi, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə tam nail olmağımız, Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında təkrarsız və misilsiz xidmətin parlaq ifadəsidir.

Sizin ABŞ-yə səfəriniz zamanı Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülh müqaviləsinin paraflanması Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi addım Azərbaycanın beynəlxalq nüfuzunun, regiondakı rolunun bariz göstəricisidir. Vaşinqtonda əldə edilən razılaşmaların tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaqlar.

Cənab Prezident, biz, Tərtər ziyalıları böyük uğurla apardığınız məqsədyönlü və qətiyyətli daxili və xarici siyasəti ürəkdən dəstəkləyirik.

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının üzvləri adından Sizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı üçün gördüyünüz işlərdə, həmçinin dünyada ədalətin qələbəsi istiqamətində apardığınız qətiyyətli mübarizədə böyük uğurlar arzulayırıq.

Allah Sizi və Azərbaycanı qorusun!

Hörmətlə,

Eldar Əsədov

Azər Ağayev

Kamil Məmmədov

Əli Paşayev

Gündüz Alıkişiyev

Azərbaycan Respublikası, Tərtər rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi