Töhfə Eminovadan, Mayami, Amerika Birləşmiş Ştatları
15 avqust 2025, 15:15
Möhtərəm cənab Prezident,
ABŞ-yə səfəriniz zamanı Ağ Evdə imzalanmış Birgə Bəyannamə tarixi əhəmiyyətə malik bir sənəddir və bilavasitə Sizin uzaqgörən siyasətinizin, diplomatik məharətinizin və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinizin növbəti parlaq təzahürüdür.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin ardıcıl olaraq davam etdirdiyiniz uğurlu siyasətin nəticəsi olan bu mühüm hadisə Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, ədalətin bərpa olunmasına imkan verəcəkdir.
ABŞ-Azərbaycan münasibətlərində hər zaman gərginlik yaradan 907-ci düzəlişin tətbiqinin Zati-alinizin nüfuzu və qətiyyətli siyasəti nəticəsində ləğvi, həmçinin ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ölkəmizin uzun illər üzləşdiyi haqsızlığa son qoyulmasına və iki ölkə arasında əlaqələrin davamlı inkişafına xidmət edəcəkdir.
ABŞ-nin Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası adından Sizi bir daha bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Əminik ki, Sizin rəhbərliyiniz altında respublikamız sülh, inkişaf və ədalət yolunda bundan sonra da böyük nailiyyətlərə imza atacaqdır.
Dərin hörmət və ehtiramla,
Töhfə Eminova
Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri
Amerika Birləşmiş Ştatları, Florida ştatı, Mayami şəhəri