Ayda Əmir Haşimidən, Stokholm, İsveç
14 avqust 2025, 12:40
Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Sizi, uzaqgörən hərbi və diplomatik strategiyanız sayəsində regionda sülhün möhkəmləndirilməsi istiqamətində 8 avqust 2025-ci il tarixində Vaşinqtondan atılmış tarixi addım, diplomatik zəfər – Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyanat münasibətilə ürəkdən təbrik edirik!
Vaşinqtonda əldə edilən tarixi qələbə, illərlə göstərdiyiniz qətiyyətli iradənizin və milli maraqlar uğrunda yorulmaz mübarizənizin ən parlaq bəhrəsidir. Biz, İsveçdə yaşayan azərbaycanlılar olaraq, bu tarixi hadisəni böyük sevinc və fəxr hissi ilə qarşıladıq.
Bu gün biz qürurla müşahidə edirik ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında həm iqtidar, həm də müxalifət partiyaları, cəmiyyətin bütün təbəqələri, həmçinin Respublika hüdudlarından kənarda yaşayan soydaşlarımız Sizin ətrafınızda sarsılmaz birlik nümayiş etdirir. Bu həmrəylik, dünya azərbaycanlılarında, xüsusilə də cənubi azərbaycanlılarda böyük inam, sevgi və dəstək hissini daha da gücləndirir.
Möhtərəm Cənab Prezident!
Sizi 50 milyon azərbaycanlının yeganə lideri kimi görür, Sizə ürəkdən böyük inam və sevgi bəsləyirik. Sizin təkcə regionda deyil, bütün dünyada sülhün, tərəqqinin, inkişafın yaradıcısı və təminatçısı olmaqla, ülgü siyasətçi və lider olmağınız, əməli işlərinizdə sübuta yetirilmişdir.
Sizə Ulu Tanrıdan möhkəm cansağlığı arzulayır, dövlət müstəqilliyimizin əbədi olması uğrunda bütün fəaliyyətlərinizdə uğurlar diləyirik!
Zəfərimiz mübarək olsun!
Sizə böyük sevgi və dərin ehtiramla,
Ayda Əmir Haşimi, Skandinaviya Azərbaycanlıları Koordinasiyası Şurasının
Stokholm üzrə koordinatoru
İsveç Krallığı, Stokholm şəhəri