logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova və müavini Aytən Muradovadan, Lion, Fransa

Text size icon-size icon-size

14 avqust 2025, 11:30

Möhtərəm cənab Prezident,

Sizi səmimi-qəlbdən salamlayır, ABŞ-yə səfəriniz zamanı əldə edilən və xalqımız üçün tarixi əhəmiyyət kəsb edən uğurlarınız münasibətilə təbrik edirik. Sizin müdrik siyasətiniz, yorulmaz səyləriniz və qətiyyətli mövqeyiniz sayəsində uzun illərdir həsrətini çəkdiyimiz sülh üfüqləri Cənubi Qafqazda görünməyə başladı.

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə yalnız diplomatiya tariximizdə mühüm sənəd deyil, həm də Azərbaycanın milli iradəsinin, beynəlxalq nüfuzunun və haqq mübarizəsinin təntənəsidir. Siz bütün dünyaya nümayiş etdirdiniz ki, ədalət uğrunda birləşmiş xalqın səsi susdurula bilməz, haqlı mövqe ən mürəkkəb şəraitdə belə qalib gəlir.

Sizin rəhbərliyiniz altında atılan bu tarixi addım gələcək nəsillərə əmin-amanlıq, əməkdaşlıq və qarşılıqlı hörmət dolu bir mühit bəxş edəcəkdir.

Biz, Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri Sizin hər addımınızı qürur hissi ilə izləyirik. Çıxışlarınız və beynəlxalq arenada apardığınız fəaliyyət diaspor olaraq bizə güc verir və ölkəmizi daha fəal təmsil etməyə ruhlandırır.

Dərin hörmətlə,

Günel Səfərova

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri,

Aytən Muradova

Assosiasiyanın həmtəsisçisi və rəhbərinin müavini

Fransa Respublikası, Lion şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi