Rasim İsmayılovdan, Bakı, Azərbaycan
Text size
14 avqust 2025, 14:23
Hörmətli cənab Prezident,
Uğurlu siyasətinizlə Azərbaycan xalqını xoşbəxt gələcəyə apardığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm.
Dünyanın fövqəlgücü – ABŞ-nin Prezidentinin Sizin çıxışınızı öz sosial şəbəkə səhifəsində paylaşması və Sizə böyük ehtiram göstərməsi, həm Sizin gücünüzü parlaq şəkildə göstərir, həm də bizə – Azərbaycan xalqına böyük mənəvi güc verir. Sizin qətiyyətiniz sayəsində Zəngəzur dəhlizi də reallaşmaq üzrədir.
Uğurlu 8-lər – 8 Noyabr və 8 Avqust kimi tarixi günlərimiz bol olsun.
Biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Rasim İsmayılov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.