Əsmər Ələsgərovadan, Ağdam, Azərbaycan
Text size
14 avqust 2025, 13:20
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikasının milli maraqlarını daim uca tutaraq, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafını təmin etməyə yönəlmiş qətiyyətli siyasətinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Birgə Bəyannamənin imzalanması xalqımız üçün yeni, sabit və əmin-amanlıq dolu mərhələnin başlanğıcıdır.
Bu tarixi addım münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xalqımız naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Ələsgərova Əsmər
Azərbaycan Respublikası, Ağdam rayonu, Qaradağlı kəndi