Elşən Uluxanlıdan, Bakı, Azərbaycan
14 avqust 2025, 11:45
Əziz və hörmətli cənab Prezident
Amerika Birləşmiş Ştatlarında regionumuzda sülhün bərqərar olması üçün sənədlərin bağlanması münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.
Bu tarixi hadisə Sizin müdrik siyasətinizin, qətiyyətli liderliyinizin və xalqımızın birliyinin bariz nümunəsidir.
Sülh müqaviləsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmlənməsinə xidmət edəcəkdir Sizi bu böyük tarixi nailiyyət münasibətilə Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi adından təbrik edir, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Uluxanlı Elşən Aydın oğlu, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma
İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.