Anar Azadovdan, Füzuli, Azərbaycan
Text size
14 avqust 2025, 10:27
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Vaşinqtonda imzalanan tarixi sənədlər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində mühüm rol oynayacaq. Bundan başqa əldə olunan razılaşmalar ölkəmizin iqtisadiyyatına da müsbət təsir göstərəcək.
Bu uğurlar bir daha Sizin uzaqgörən, daxili və xarici siyasətinizin bariz nümunəsidir. "Mən bilirəm nəyi nə zaman etmək lazımdır" sözü hər zamankı kimi bu dəfə də layiqincə öz əksini bir daha tapdı.
Bir qazi olaraq Sizinlə fəxr edir, göstərdiyiniz iradə və əzmə görə təşəkkürümü bildirirəm.
Uca Allah Sizi qorusun!
Hörmətlə,
Azadov Anar Mirzə oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədbəyli kəndi