Məhəmmədəli Əkbərovdan, Madrid, İspaniya
13 avqust 2025, 10:30
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
2025-ci il avqustun 8-də ABŞ-də keçirilmiş görüş Azərbaycan və dünya tarixinə qızıl hərflərə yazıldı. Bu görüş 30 ildən artıq davam edən münaqişənin həllində qəti kulminasiya nöqtəsi oldu və nəhayət, təkcə Azərbaycan deyil, bütün Qafqaz regionu üçün sülhün və firavan gələcəyin qapılarını açdı. Bu, sadə bir qələbə deyil, haqqın bərpası, milli qürurumuzun zirvəsidir.
Sizin səfəriniz zamanı əldə edilən razılaşmalar, imzalanan sənədlər Azərbaycan xalqının son 35 ildə həsrətlə gözlədiyi sülhə təminat verməklə yanaşı, Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycan, həm də qonşu ölkələr üçün iqtisadi inkişaf gətirəcəkdir.
Bu tarixi, həlledici və əlamətdar nailiyyətə görə İspaniya Krallığında yaşayan Azərbaycan icması adından Sizə dərin minnətdarlığımızı bildiririk. Xalqımızın müdrik Lideri kimi göstərdiyiniz uğurlu fəaliyyət azərbaycanlı olmaq üstünlüyünə malik hər kəs üçün böyük ilham mənbəyidir.
Dərin hörmətlə,
Məhəmmədəli Əkbərov
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Madrid üzrə koordinatoru
İspaniya Krallığı, Madrid şəhəri