Elçin Şirinovdan, London, Böyük Britaniya
13 avqust 2025, 13:10
Hörmətli cənab Prezident,
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə sülh bəyannaməsinin imzalanması ilə əlaqədar Sizə dərin təşəkkürümü bildirirəm. Bu tarixi addım xalqımız və bütün bölgə üçün yeni ümidlər və sabit gələcək deməkdir.
Sizin qətiyyətiniz, siyasi uzaqgörənliyiniz və xalqımızın milli maraqlarını qorumaq əzminiz hər bir azərbaycanlının qəlbində fəxr hissi doğurur. Vaşinqtondakı çıxışınız bir liderin bəyanatı olmaqla yanaşı, həm də bütün dünyaya xalqımızın ləyaqətini və iradəsini nümayiş etdirdi.
Cənab Prezident, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən bir vətəndaş kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən siyasətinizi tam şəkildə dəstəkləyirəm. Sizinlə fəxr edirik!
Hörmətlə,
Elçin Şirinov
Azərbaycanın Əməkdar Artisti
Böyük Britaniya, London şəhəri