logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən, Paris, Fransa

Text size icon-size icon-size

13 avqust 2025, 14:11

Hörmətli cənab Prezident,

Sizi növbəti zəfəriniz münasibətilə ürəkdən təbrik edirik. Sizin müdrik rəhbərliyiniz və qətiyyətiniz sayəsində uzun illərdir gözlədiyimiz an nəhayət reallaşdı – Cənubi Qafqazda sülhün əsası qoyuldu. Bu, təkcə bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də tarixə düşəcək əlamətdar bir hadisədir.

Biz, Avropada yaşayan azərbaycanlı musiqiçilər ölkəmizin uğurlarını qürurla izləyirik. Vaşinqtonda imzalanmış Bəyannamə yalnız diplomatik sənəd deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və ədalətə inamının təsdiqidir. Siz dünyaya göstərdiniz ki, ədalətli mövqe və əzm ən mürəkkəb maneələri də aşır. Sizin çıxışlarınız, hər bir addımınız bizə güc və inam verir. Qətiyyətiniz sayəsində illərin düşmənçilik səhifəsi bağlandı və xalqlar arasında yeni münasibətlər dövrü başladı. Bu nailiyyət ölkəmizin gələcəyini daha parlaq və təhlükəsiz edəcək, diqqətimizi inkişaf, elm, mədəniyyət və yaradıcılığa yönəltməyə imkan verəcəkdir.

Biz inanırıq ki, Heydər Əliyev irsinin davamçısı kimi Siz bu zəfərləri daha da möhkəmləndirəcək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmağa davam edəcəksiniz. Bir musiqi kollektivi olaraq biz də öz sahəmizdə ölkəmizin adını ucaltmağa çalışırıq. “Duo Avey” musiqi qrupu olaraq Avropada Azərbaycan musiqisini tanıtmaq üçün əlimizdən gələni edirik. Ən kiçik səhnədən ən böyük zaladək hər ifamızda Vətənimizin ruhunu, mədəniyyətini və musiqi irsini çatdırmaq bizim üçün fəxrdir.

Sizə möhkəm cansağlığı, yeni uğurlar və xalqımız naminə başladığınız işlərin davamında hər zaman zəfərlər arzulayırıq.

Dərin hörmətlə,

Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadə

Fransada fəaliyyət göstərən “Duo Avey” musiqi qrupunun yaradıcıları

Fransa Respublikası, Paris şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi