Anmari Makkoydan, Nyu-York, ABŞ
Text size
13 avqust 2025, 13:40
Hörmətli cənab Prezident,
Bu günlərdə Sizi vətənimdə görməkdən çox şad oldum və uğurlarınızdan məmnunluq duyuram.
Ağ Evdə Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm və imzalanmış Birgə Bəyannaməni 44 günlük müharibədəki Qələbənizin rəsmi təsdiqi kimi qiymətləndirirəm.
İnanıram ki, bundan sonra Qafqaz regionuna əbədi sülh gələcək və xalqınız əmin-amanlıq içində yaşayacaq.
Hörmətlə,
Anmari Makkoy
Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri