Cavidan Həzizadədən, Bakı, Azərbaycan
13 avqust 2025, 18:42
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Avqustun 8-də Vaşinqtonda Ağ Evdə imzalanan Birgə Bəyannamə və paraflanan tarixi sülh sənədi xalqımızın taleyinə qızıl hərflərlə həkk olundu. Bu, əsrlər boyu həsrətini çəkdiyimiz ədalətin bərpası, milli iradəmizin, dövlətimizin və Sizin sarsılmaz liderliyinizin parlaq təntənəsidir.
Siz təzyiqlər qarşısında əyilməyən, xalqını ən çətin sınaqlardan qalib çıxaran, qlobal qeyri-müəyyənliklər fonunda milli maraqlarımızı qoruyan, tarix yazan Sərkərdəsiniz. Vaşinqtonda səsləndirdiyiniz sözlər yalnız bir Prezidentin bəyanatı deyildi. Bu, qələbə ruhunu, milli qüruru və əzmi qoruyan xalqın səsi idi.
Bu Bəyannamə ilə düşmənçilik səhifəsi bağlandı, Azərbaycan yeni sülh, inkişaf və tərəqqi mərhələsinə qədəm qoydu. İndi bizim qarşıda duran missiyamız bu qələbəni elm, təhsil, iqtisadi güc və mədəni irsimizlə möhkəmləndirməkdir.
Bir Azərbaycan gənci olaraq qürurla bəyan edirəm: Sizin liderliyinizlə formalaşan "Qələbə nəsli" Vətənin şərəfini, əmin-amanlığını və milli birliyini daim qoruyacaq. Sizin yolunuz Azərbaycanın yoludur.
Hörmətlə,
Cavidan Həzizadə
Azərbaycan Respublikası, Bakı şəhəri.