Akademik Akif Əlizadədən, Bakı, Azərbaycan
13 avqust 2025, 11:45
Cənab Prezident,
Hörmətli Ali Baş Komandan!
Bu gün Azərbaycan xalqı və bütün haqq-ədalət tərəfdarları inamla deyir ki, ABŞ-də iştirak etdiyiniz üçtərəfli görüşün nəticəsi olaraq Qafqazda həyati vacib sülhün təməli quruldu - Birgə Bəyannamə imzalandı.
44 günlük müharibədə olduğu kimi, diplomatiyada və siyasət meydanında da böyük zəfərə imza atmağınız ölkə tarixinə qızıl hərflərlə yazılacaq. Azərbaycan əhalisinə, ümumilikdə regiona 30 ildən çox hakim kəsilmiş gərginliyi addım-addım, diplomatik səriştə, inamla həyata keçirərək qazandığınız qələbəni ETN Geologiya və Geofizika İnstitutunun kollektivi böyük sevinc və öz Dövlət Başçısına görə fəxarət hissi ilə qarşıladı. Bu fərəhli günlərdə dahi şair Hüseyn Cavidin sanki Sizin kimi rəhbəri nəzərdə tütüb yazdığı misraları necə xatırlamayasan?!
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!
Xalqımız, dövlətimiz və gələcəyimiz üçün misilsiz xidmətlərinizə görə Geologiya və Geofizika İnstitutunun kollektivi adından Sizə minnətdarlıq ifadə etmək istəyirəm, cənab Prezident.
Allah Sizi qorusun!
Hörmətlə,
Akademik Akif Əlizadə, ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri