logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Leyla Begim Cəfərovadan, Praqa, Çex Respublikası

Text size icon-size icon-size

13 avqust 2025, 15:03

Hörmətli cənab Prezident!

Bu misraları Vaşinqtonda keçirilən danışıqların birbaşa yayımını izlədikdən dərhal sonra yazdım. Bu diplomatik qələbəniz, uzun illər həsrətlə gözlədiyimiz ədalətli sülhün reallığa çevrilməsi — hər bir azərbaycanlının qəlbində minnətdarlıq, qürur və dərin hörmət hissi doğurur. Mən dörd uşağın anası kimi və bir övlad kimi bu anı həyatımın ən dəyərli , ən mənalı xatirələrindən biri hesab edirəm.

Sizin “Bu, uzunömürlü sülh, əbədi əmin-amanlıq deməkdir” sözləriniz bir ana kimi məni sevindirir, çünki anaların yer üzündəki sərvətləri - əzizləri, övladları hər cür qəmdən və bəlalardan qorunacaq. Barışıq dəyərinin əsl mənası budur.

Bu təşəkkür yalnız öz adımdan deyil, həm də Çex Respublikasında fəaliyyət göstərən “Natəvan Cəmiyyəti” və Praqadakı Azərbaycan Mədəniyyət Evi adından bildirirəm. Biz Sizi böyük qürur hissi ilə dəstəkləyirik və Azərbaycan xalqının tarixi yaddaşında iz qoymuş 44 günlük Vətən müharibəsində qazandığınız möhtəşəm qələbəyə görə dərin minnətdarlığımızı bir daha ifadə edirik.

Həmin zəfər Azərbaycan xalqına ədaləti qaytardı, bu gün isə Sizin liderliyiniz bizə ədalətli sülhü gətirir.

Sizə möhkəm cansağlığı , dövlətimizə və xalqımıza isə əbədi sülh diləyirik.

Dərin hörmətlə,

Leyla Begim Cəfərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Çex Yazıçılar Birliyinin üzvü, Britaniya Poeziya Cəmiyyətinin üzvü, Praqada yerləşən Azərbaycan Mədəniyyət evinin rəhbəri , “Natəvan Cəmiyyəti”nin rəhbəri

Çex Respublikası, Praqa şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi