logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərvin Həsənovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

13 avqust 2025, 15:44

Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin dövlət idarəçiliyiniz, uzaqgörən siyasətiniz və qətiyyətli addımlarınız Azərbaycanımızı dünya miqyasında söz sahibi etmişdir. Siz bu gün təkcə ölkəmizin deyil, bütün Türk dünyasının güc və iradə simvolusunuz.

Bu gün Vaşinqtonda imzalanmış tarixi və əbədi sənədlər münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz çıxışınızda cənab Donald Trampı dünyanın ən qüdrətli prezidenti adlandırdınız, lakin mən qəlbən inanıram ki, dünyanın ən qüdrətli prezidenti məhz Sizsiniz.

Sizə şəhid övladı kimi ehtiramımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Həsənov Pərvin Fətulla oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi