logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ülviyyə Cabbarovadan, Helsinki, Finlandiya

Text size icon-size icon-size

13 avqust 2025, 16:03

Helsinkidə fəaliyyət göstərən Azərbaycan Türk Gənclər Təşkilatı və Helsinki Azərbaycan Evi adından, eləcə də Finlandiyada yaşayan icmamızın adından Sizi 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşün və əldə olunmuş tarixi razılaşmaların münasibətilə dərin ehtiram və qürur hissi ilə təbrik edirik.

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, qətiyyətli siyasi iradəniz nəticəsində imzalanmış sənədlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, bölgədə ədalətli və dayanıqlı sülhün təmin olunmasına, eləcə də dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiəsinə mühüm töhfə vermişdir.

Bu tarixi nailiyyət ölkəmiz və xaricdə yaşayan icmamız üçün böyük qürur və fəxarət mənbəyidir. İcmamız olaraq, Sizin prinsipial mövqeyinizi və milli mənafelərimizin müdafiəsi yolundakı qətiyyətinizi yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar və Azərbaycanımızın gələcək inkişafında yeni zəfərlər arzulayırıq.

Dərin hörmətlə,

Ülviyyə Cabbarova, Helsinki Azərbaycan evinin rəhbəri və Azərbaycan - Türk gənclər təşkilatının sədri

Finlandiya Respublikası, Helsinki şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi