logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Valentina Antonenkodan, İrpen, Ukrayna

Text size icon-size icon-size

13 avqust 2025, 12:10

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi Böyük Ölkənizin həyatında əlamətdar tarixi hadisə - Ermənistan Respublikası ilə mühüm sənədlərin imzalanması münasibətilə təbrik edim!

Hər zaman təmənnasız köməyinizə görə Sizə minnətdar olan sadiq insanlar, o cümlədən mən qəti əminik ki, bu uğur, ilk növbədə, müdrik dövlət rəhbəri və zəmanəmizin görkəmli siyasi xadimi, Ölkənizin böyük Vətənpərvəri kimi Sizin böyük xidmətiniz sayəsində ərsəyə gəlmişdir.

Axı, Yer üzündə ölkələrin sülh naminə, övladlarının xoşbəxtliyi naminə, xeyirin zəfəri naminə dost olub inkişaf etməsi böyük xoşbəxtlikdir.

Mən daim Allaha və taleyə minnətdaram ki, Sizin, Azərbaycanın, Bakının, Naxçıvanın, Ulu Ananız Zərifə xanımın adı mənim qəlbimdə əbədi olaraq yaşayacaq!

Zati-aliləri! İstəyirəm biləsiniz ki, İrpen şəhərində Sizin ikinci dəfə həyat verdiyiniz humanitar “Linqvist” liseyində Azərbaycandan bir parça - akademik Zərifə Əliyeva adına muzey var . Biz səbirsizliklə Sizi Azərbaycan dilində salamlayacaq uşaqlarla birlikdə bu təhsil ocağına səfərinizi gözləyirik və Siz burada Azərbaycan xalqının böyük qızı Zərifə xanımın xatirəsinin sevgi, diqqət, hörmət və ehtiramla əhatə olunmasının şahidi olacaqsınız

İnşallah!

Dərin hörmətlə,

Valentina Antonenko, Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva

adına humanitar “Linqvist” liseyin direktoru, Ukraynanın Əməkdar müəllimi, "Dostluq" ordeni laureatı

Ukrayna, İrpen şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi