logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Roman Quryeviçdən, İsrail

Text size icon-size icon-size

12 avqust 2025, 14:30

Hörmətli cənab Prezident,

Bu görkəmli tarixi hadisə - mühüm beynəlxalq müqavilələrin bağlanması münasibətilə səmimi təbriklərimi bildirmək, həmçinin Sizə ehtiramımı çatdırmaq istəyirəm! Sizin böyük səyləriniz sayəsində Azərbaycan həm müdrik və düşünülmüş daxili siyasət, həm də beynəlxalq münasibətlər sahəsində ən mühüm qlobal təsir mərkəzlərindən birinə və örnək ölkəyə çevrilir.

Bu gün Azərbaycan beynəlxalq siyasətdə sabitliyin qorunmasında mühüm rolu olan ölkədir. Siyasi müdriklik, dünyanın aparıcı liderləri ilə bərabərhüquqlu, etimada və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq bacarığı imkan verir ki, ölkəniz Sizin rəhbərliyiniz altında heyrətamiz nəticələr əldə etsin və müasir dünyanın simasını dəyişsin, övladlarımıza və nəvələrimizə daha yaxşı gələcək vəd etsin.

Siz mənim və dostlarımın heyranlıqla izlədiyimiz və bizim üçün örnək olan ulu öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirirsiniz. Mən yəhudi və Azərbaycan xalqları arasında qardaşlıq dostluğunun möhkəmləndirilməsi naminə atam Aleksandr Qriçin yolunu davam etdirməklə, doğma Azərbaycanın rifahı və çiçəklənməsi naminə çalışmaqdan qürur duyuram.

Azərbaycanın müasir dünyanın taleyinin və gələcəyinin mərkəzində özünü tapdığı tarixi günü görməkdən qürurluyam və buna çox şadam.

Böyük hörmətlə,

Roman Aleksandroviç Quryeviç, “Soxnut” Ümumdünya Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri, Azərbaycan Yazıçılar Birliyinin İsrail bölməsinin sədri

İsrail Dövləti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi