Gürcüstanın Baş naziri Bidzina İvanişvilidən


25 dekabr 2012, 15:50
Zati-aliləri,
İcazə verin doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün səylərinizdə ən böyük uğurlar arzulayım.
Gürcüstan ilə Azərbaycan Respublikası bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır.
Mən Gürcüstanın yeni Baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaqdır.
Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim.
Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım.
Bidzina İvanişvili
Gürcüstanın Baş naziri