logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həsən Tağıyevdən, Salyan, Azərbaycan

Text size icon-size icon-size

13 avqust 2025, 13:25

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Amerika Birləşmiş Ştatlarına səfəriniz zamanı keçirdiyiniz tarixi görüşlərdə qətiyyətiniz və uzaqgörənliyinizlə ölkəmizin haqq səsini bir daha bütün dünyaya çatdırdığınıza görə Sizə minnətdarıq. Vaşinqtonda sülhlə bağlı çox önəmli razılaşmaların əldə edilməsi, sənədlərin imzalanması hər bir azərbaycanlıda iftixar hissi yaşadan qələbədir. Əvvəlki qələbələrimiz kimi bu qələbəyə də məhz Sizin müdrikliyiniz, qətiyyətli, prinsipial mövqeyiniz sayəsində nail olduq. Sizin kimi xalqın mənafeyini, ölkənin maraqlarını cəsarətlə qoruyan Liderimizin olması ilə fəxr edirik.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, yeni-yeni zəfərlər arzulayırıq.

Biz həmişə Sizin yanınızdayıq, yürütdüyünüz siyasəti dəstəkləyirik.

Hörmətlə,

Həsən Abbas oğlu Tağıyev

Azərbaycan Respublikası, Salyan rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi