logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elnur Məcidlidən, Fransa

Text size icon-size icon-size

12 avqust 2025, 17:22

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Bu gün biz bir xalq olaraq tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik. Bu gün biz yalnız bir sazişi deyil, əsrlər boyu arzuladığımız sülhü, sabitliyi və gələcək ümidini bayram edirik.

Cənab Prezident,

Siz illərin sınağından keçmiş, xalqa sədaqətini hər addımında sübut etmiş böyük bir Lider kimi, Vətənimizin müstəqilliyini və qürurunu qorudunuz. Siz təkcə cəbhə xəttində deyil, diplomatiya meydanında da qətiyyətiniz, müdrikliyiniz və uzaqgörən siyasətinizlə millətimizi Zəfərə çatdırdınız.

Bu gün imzalanan sülh — şəhidlərimizin qanı bahasına qazanılmış torpaqların əbədi azadlığının təminatı, xalqımızın gələcək nəsillərə əmin addımlarla irəliləməsinin zəmanətidir. Bu, Sizin iradəniz, Sizin qətiyyətiniz, Sizin rəhbərliyiniz sayəsində mümkün oldu.

Siz Azərbaycanı təkcə regionun deyil, bütün dünyanın hörmətlə baxdığı güclü bir dövlətə çevirdiniz. Sizin adınız artıq tarixi qəhrəmanlarımızın sırasına yazılıb və gələcək nəsillər Sizi həm müharibənin, həm də sülhün qalibi kimi yad edəcək.

Cənab Prezident!

Azərbaycan xalqı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Siz bizim qürurumuz, milli iradəmizin simvolu, mübarizəmizin rəmzisiniz.

Qoy bu torpaqlarda həmişə sülhün səsi eşidilsin, bayrağımız əbədi dalğalansın, Vətənimiz daim güclənsin!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Dərin ehtiram və minnətdarlıqla,

Məcidli Elnur, Fransada fəaliyyət göstərən jurnalist

Fransa Respublikası.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi